pages/12/7ea48c6c-62f1-4bfe-8af7-2212a9dd073a.jpg

“Sünbül” mağazalar şəbəkəsi ilə hər şey əlçatan, hər şey rahat

“Sünbül” mağazalar şəbəkəsi aqrar sahədə fermerlərimizi maarifləndirməyə çalışır
Son dövrlər Respublikamızda aqrar sektorda həyata keçirilən kompleks tədbirlər və dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişafına səbəb olub.

AzNews.az xəbər verir ki,aqrar sahənin inkişafı istiqamətində “Moran Agro” MMC daha bir addım ataraq toxum istehsalı ilə yanaşı regionlarda “Sünbül” əmtəə nişanı adı altında mağazalar şəbəkəsi yaradaraq fermerlərə sertifikatlı toxumlar, gübrələr, bitki mühafizə vasitələri və toxuma qulluq preparatlarının müxtəlif çeşidlərini bir araya yığaraq fermerlərə əldə etmə rahatlığını təmin edib:

“Sünbül” aqronomları tərəfindən fermerlərə təlimatlar və aqrotexniki qulluğa dair maarifləndirmə işləri həyata keçirilir. Fermerlərin rahatlığını düşünərək *5656 qısa nömrəsini istifadəçilərə təqdim edilib. Kənd təsərrüfatı sektoru təcrübə tələb edən bir sektordur. Təcrübəli fermer olmaq o qədər də asan bir iş deyil. Bu səbəblə “Sünbül” mağazalar şəbəkəsi aqrar sahədə fermerlərimizi maarifləndirməyə çalışır. Fermerlərin təbiətlə iç-içə olduqlarını və zamanlarının çox hissəsini aqrar sahəyə ayırdıqlarını bilirik. Bu sahədə əziyyətlərinin hədər olmaması bizim üçün vacib amillərdən biridir. Fermerimiz ilk başda hansı sort toxumu becərəcəyinə qərar verməlidir. Bu asan bir proses kimi görünsə də, əslində veriləcək ən çətin qərardır. Seçəcəyiniz bitki toxumu bəlkə də verəcəyiniz ən önəmli qərarlardan biridir.”

Qeyd edək ki, “Sünbül” mağazalar şəbəkəsi Cəlilabad, Sabirabad, Bərdə, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Xaçmaz, Şamaxı, Kürdəmir, Salyan, Beyləqan rayonlarında fəaliyyət göstərir. Əkinçilər subsidiya kartı vasitəsi ilə sertifikatlı buğda və arpa toxumu da əldə edə bilərlər.

Xəbərlər

Daha 45348 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib

Daha 45348 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib

Fermerlər gübrənin tam dəyərini “Fermer Kartı” ilə ödəyə biləcəklər

Fermerlər gübrənin tam dəyərini “Fermer Kartı” ilə ödəyə biləcəklər

Əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə müəyyən olunub:

Əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə müəyyən olunub:

Toxumçuluq haqqında Qanun

Toxumçuluq haqqında Qanun