
Toxumlar
Sertifikatlı-toxum İstehsal olunduğu dövlətin adiyyatı qurumları tərəfindən icazə verilən, tarlada və laboratoriyada nəzarət edilən, standartlara uyğunluğu müəyyənləşdirildikdən sonra qablaşdırılmış və etiketlənmiş toxumlara sertifikatlı toxum deyilir.
Toxum-gələcək bitkinin rüşeyimini və qida maddələrini özündə saxlayan çoxalma orqanıdır. Bitkinin ilkin inkişafı bu qida maddələri hesabına baş verir. Buna görə əkin prosesində fermerlər rüşeymi sağlam və qida maddələri ilə zəngin toxumlardan istifadə etməlidirlər ki, yüksək məhsul əldə edə bilsinlər.