Sünbül mağazalar şəbəkəsi

“Sünbül” mağazalar şəbəkəsi fermerlərimizi yüksək keyfiyyətli toxumlar və bitkilərə qulluq vasitələri ilə təmin etmək məqsədi ilə ölkəmizin fərqli bölgələrində fəaliyyətə başlamışdır.

Müxtəlif bölgələrdə fəaliyyət göstərməsindən asılı olmayaraq “Sünbül” mağazalar şəbəkəsi vahid mərkəzdən idarə olunur, bütün mağazalarda eyni qiymət, yüksək keyfiyyət əsas xətt olmaqla aqrar sahədə peşəkar əməkdaşlarımız sizi narahat edən bütün sualları yüksək peşəkarlıqla cavablandıracaq, yüksək və keyfiyyətli məhsul əldə etməniz üçün doğru
tövsiyə verəcəkdir

Sünbül mağazalar şəbəkəsi

Kənd təsərrüfatının son illər sürətlə inkişafını və bölgə fermerlərinin tələblərinin artımını nəzərə alaraq “Sünbül” mağazalar şəbəkəsini yerli və xarici toxum, dərman, gübrə markalarının zəngin çeşidləri ilə təmin etmişik.

Kənd təsərrüfatının son illər sürətlə inkişafını və bölgə fermerlərinin tələblərinin artımını nəzərə alaraq “Sünbül” mağazalar şəbəkəsini yerli və xarici toxum, dərman, gübrə markalarının zəngin çeşidləri ilə təmin etmişik.

Fermerlərimizin bizə güvəncinin qarşılığı olaraq təklif etdiyimiz toxumların bütün vegatasiya dövüründə bu və ya digər səbəbdən məhsul itkisinin qarşısını almaq üçün, aqro məsləhət dəstəyi ilə təmin etdik. Heyvandarlıqla məşğul olan fermerlərimizi də unutmadıq! Mağazlarımızı yerli və xarici buğa toxumları, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatlar ilə təmin edərək fermerlərimizin rahatlıqla bu vasitələri mağazalarımızdan əldə edə bilməsi üçün şərait yaratdıq.

Məqsədimiz

Məqsədimiz

Fermerlərimizin torpaqlarının strukturunu qorumaqla aqrotexniki qulluq göstərərək, davamlı şəkildə bol məhsul əldə etmələrini saxlamaq.

Hədəfimiz

Hədəfimiz

Bölgə fermerlərinin dinamik inkişaf edən müasir kənd təsərrüfatının müxtəlif sahələri ilə ayaqlaşmasını təmin etməkdir.